SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən polis əməkdaşı, 2001-ci il təvəllüdlü Qulamov Hüseyn Məhərrəm oğlunu vurub.

Yaralı digər polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS