SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

09-BT-866 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında dayanmış iki maşın və üç nəfəri vurub.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər dörd nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA