Bakıda avtobus sürücülərinin "ölüm yarışı" - 100 km/h-lə sürdülər - VİDEO

Bakıda avtobus sürücülərinin ölüm yarışı - 100 km/h-lə sürdülər - VİDEO
Foto Video
Hadisə 966

Bakıda marşrut avtobusları sərnişinlər və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Heydər Əliyev prospektində, metronun Koroğlu stansiyasına gedən yolda qeydə alınıb.

Videodan da aydın olur ki, avtobus sürücüləri nəqliyyat vasitəsini sağ zolaqla sürmürlər.

Hadisə şahidinin sözlərinə görə, onlar saatda 100 km/h-dən çox sürətlə hərəkət edirlər.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər