SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər Milli Məclisin deputatlığına namizəd kimi dairə seçki komissiyaları tərəfindən qeydə alınıb.

YAP-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb.

Uğurla başa çatmış imzatoplama kanpaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

Ziya Səccad
BAKU.WS