Bu rayonda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub

Quba rayonunun Xucbala kəndində yerləşən Elnur Mirzəyevə məxsus təsərrüfatda iribuynuzlu heyvan tələf olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, təsərrüfatda olan 3 baş inək gecə naməlum səbəbdən ölüb. Təsərrüfat sahibi bildirib ki, axşam həmişə olduğu kimi heyvanlara qulluq edib, işığı söndürüb, qapını bağlayıb. Səhər tövləyə gələndə isə heyvanları ölmüş vəziyyətdə görüb.
Əraziyə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, heyvanların cəmdəklərindən nümunələr götürülüb. Onlar ilkin ehtimal olaraq, iribuynuzlu heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu açıqlayıb. Təsərrüfat sahibi isə, bunun gecə saatlarında tövlədə elektrik cərəyanı olmadığını qeyd edir. Heyvanların müəmmalı ölümünün dəqiq səbəbi aparılan araşdırmaların sonunda məlum olacaq.
Qeyd edək ki, həmin iribuynuzlu heyvanlar fermer Elnur Mirzəyevə Dövlət Məşğulluq Xidməti tərəfindən 3 il öncə verilib.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...
