SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yeni il gecəsi 39 nəfərin həyatını itirdiyi İstanbulda baş verən Reina qətliamı ilə bağlı yeni məlumat və fotolar yayımlanır.

"Qafqazinfo" Daily Mail qəzetinə istinadən xəbər verir ki, terror zamanı həyatını itirənlərdən biri də hindistanlı məşhur modelyer Khushi Shah olub. 27 yaşlı modelyer həmin günü yaşadığı Qucərat əyalətinin Vadodara şəhərindən iş üçün İstanbula gedib. 

Terrorda həyatını itirən başqa bir hindlinin isə Bollivudda prodüser kimi fəaliyyət göstərən Abis Rizvi olduğu bildirilib. Eks-deputatın oğlu olan Rizvi, həmçinin Mumbayda "Rizvi Group" tikinti şirkətinin də rəhbəri olub.

Qeyd edək ki, rejissorun ölüm xəbərini alan bir çox Bollivud ulduzu Rizvinin evində olub.
 
BAKU.WS