VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Yeni il gecəsi İstanbulun elit əyləncə məkanı "Reina”da törədilən dəhşətli qətliamın yeni detalları ortaya çıxıb.
 
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, kamera görüntülərinə əsasən "Kalaşnikov” avtomatı ilə silahlanmış, qara geyimli terrorçu əyləncə məkanının girişinə atəş aça-aça yaxınlaşır. Qapıda dayanan polis məmurunu və onunla söhbət edən turizm şirkəti əməkdaşını güllələyir. Daha sonra içəri daxil olub "Reina”nın ikinci mərtəbəsinə çıxır. Oradan birinci mərtəbədə-zalda əylənən insanlara aramsız atəş açır. İnsanlar panika içində qaçır, bəziləri özlərini dənizə atır, yaxud xilas olmaq üçün masaların altında gizlənməyə çalışır.

Terrorçu daha sonra birinci mərtəbəyə düşür, yerdə yaralı yatanların başlarına yaxın məsafədən atəş açır. Polisin bildirdiyinə görə terrorçu hərəsinin içərində 30 güllə olan 4 avtomat sandıqçası boşaldıb, gülləbaran cəmi 2 dəqiqə 30 saniyə davam edib. Kamera görüntülərinə əsasən həmin müddətin 45 saniyəsi ərzində avtomat səsləri ara ermir. Qətliamı həyata keçirəndən sonra terrorçu zalda sakit şəkildə geyimini dəyişdirir və "Reina”nı tərk edir. Onun üst-üstə iki ayrı geyim geydiyini və qətliamdan sonra üst geyimini çıxarıb ikinci libasında qaçdığı bildirilir. Onun axtarışları hələ də nəticə verməyib.

İlkin qənaət bundan ibarətdir ki, Yeni il əyləncələri zamanı terror aktlarının törədilə biləcəyinə dair kəşfiyyat məlumatlarının olmasına baxmayaraq "Reina”nın ətrafında ciddi təhlükəsizlik tədbirləri görülməyib. Əyləncə məkanının qarşısında cəmi bir silahlı polis dayanmışdı ki, terrorçu üçün onu öldürmək xüsusi çətinlik törətməyib.
 
BAKU.WS