Saatlıda 31 odlu silah təhvil götürülüb - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində bu gün bir nəfər rayon sakini illər öncə vəfat edən babasından qalmış bir ədəd "TOZ-8M" markalı yivli silahı və bir ədəd F-1 əl qumbarasını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən 1-i avtomat, 1-i Karabin, 29-u isə ov tüfəngi olmaqla ümumilikdə 31 odlu silah təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
“Porsche”sindən silah çıxan kriminal avtoritetin illər öncə polislə əlbir olduğu üzə çıxdı - YENİLƏNİB - FOTO
Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxladığına görə tutulan və şəhərdə “Demanlı Gündüz” adı ilə tanınan kriminal avtoritet Gündüz Novruzovla bağ...
