SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı tələbə İstanbulda dünyasını dəyişib. 

AZXEBER.COM xəbər verir ki, AZ 10 MM 090 Azərbaycan seriyalı "Porche" avtomobilini idarə edən sürücü Fərman Məmmədli Ədirnə istiqamətinə doğru hərəkətdə olarkən bilinməyən səbəblərdən idarəetməni itirərək səkiyə çırpılıb.

Nəticədə 20 yaşlı Fərman Məmmədli sağ qalsa da daha bir qəzanın qurbanına çevrilib. Belə ki, qəza törətdiyi yola reflektor yerləşdirmək istəyən gənc bu zaman qarşıdan gələn 34 NS 6981 seriyalı avtomobilin sürücüsü Yasin S. tərəfindən vurulub. Nəticədə azərbaycanlı tələbə həyatını itirib. 

20 yaşlı Fərman Məmmədli İstanbul Aydın Universitetinin inşaat mühəndislik fakultəsində təhsil alırdı.
 
BAKU.WS