SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada dəhşətli yol qəzası baş verib.
 
BAKU.WS-in məlumatına görə, hadisə Yekaterinburqda qeydə alınıb. 34 yaşlı sürücü avtomobilin idarə etməsini itirərək yüksək sürətdə qarşı yola çıxıb.
 
Qarşıdan gələn 52 yaşlı qadının idarə etdiyi avtomobillə toqquşub. Qəza nəticəsində sürücü və yeniyetmə sərnişin hadisə yerində dünyasını dəyişib. Digər avtomobilin qadın sürücüsünün isə körpücük sümüyü sınıb. 

Avtomobildə olan 13 yaşlı yeniyetmə qız tanışı ilə istirahətdən qayıdırdı. Sürücünün xahişə baxmayaraq qız arxa salonda deyil, öndə oturub. 
 
Şahin Həbibov
BAKU.WS