SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəngilanda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən, hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi” markalı minik avtomobili ilə qoşqulu “KamAZ” markalı yük maşını toqquşub.

Qəza zamanı minik avtomobilinin sərnişinlərindən biri hadisə yerində ölüb, dörd nəfər isə xəsarət alıb. Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin İbrahimov və sərnişinlər - Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxslərdir.

Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

***18:00

Zəngilan yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.

BAKU.WS Report-a istinadən xəbər verir ki, "UAZ" markal avtomobilin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS