SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report.az-a istinadən bildirir ki, "Opel" markalı "42-BU-349" dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət etdiyindən idarəetmədən çıxıb və orta təzyiqli qaz borusuna çırpılaraq aşıb.

Nəticədə boru kəməri sıradan çıxaraq ətrafa qaz sızdırmağa başlayıb.

Əraziyə təcili olaraq Fövqəladə Hallar Nazirliyi və Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları cəlb olunublar.

Sürücü ciddi xəsarət almasa da, bütövlükdə böyük bir ərazi hazırda qazsız qalıb.
 
BAKU.WS