SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda valideynlərinin nəzarətindən yayınan 2 azyaşlı uşaq kimyəvi məhluldan içiblər.

“Report”un Qərb bürosunun məlumatına görə, 2021-ci il təvəllüdlü bacılar yaşadıqları evdə yuyucu kimyəvi məhlul içiblər.

Hər iki uşaq zəhərlənib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.

Onlara lazımi tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS