SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hadisə baş verən estakada sahildən 5 km uzaqda yerləşir

Bakıda müşahidə olunan  güclü şimal-qərb küləyi itkin düşən neftçilərin xilasetmə əməliyyatına maneə yaradır.

Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 10 gəmisi, həmçinin,  çətin hava şəraitinə baxmayaraq, FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub. 

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam saatlarınadək davam edəcək. Gecəyə doğru isə hava şəraiti nisbətən mülayimləşəcək, küləyin sürəti azalacaq.

FHN-nin mətbuat xidməti rəhbəri Oqtay Bayramov bildirib ki, hava şəraitindən asılı olmayaraq xilasetmə işləri davam edəcək.
 
BAKU.WS