SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayonunda avtomobil qəzasına düşən şəxslər Şəmkir rayonundaki istixanalardan birində çalışırmışlar.

"Report"un Qərb bürosunun məlumatına görə, onlar işdən çıxıb "Mercedes" markalı mikroavtobusla Goranboy rayonuna doğru hərəkət edirmişlər. Bu zaman nəqliyyat vasitəsi Göygöl rayonu ərazisində "VAZ" markalı avtomobillə toqquşub.

Nəticədə biri azyaşlı olmaqla 12 nəfər xəsarət alıb. Onlardan 1992-ci il təvəllüdlü Röyal İlqar oğlu Hacıyev, 2007-ci il təvəllüdlü Fidan Baxşəliyeva, 1984-cü il təvəllüdlü Günay Məhəmməd qızı Dəmirova, 1983-cü il təvəllüdlü Mətanət Ələkbər qızı Heydərova, 1972-ci il təvəllüdlü Səfaqət Mustafa qızı Ağayevanın vəziyyəti orta-ağır, digərlərinin isə vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

BAKU.WS
QALEREYA