SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhər Xəzər rayonunda ölümlə nəticələnən ağır yol qəzası törətməkdə təqsirləndirilən Ayaz Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu il mayın 28-də saat 21 radələrində 1980-ci ildə Naxçıvan MR-də anadan olmuş Ayaz Vəli oğlu Əliyev idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə Hövsan qəsəbəsi Zığ yolunda “Zığ bağları” adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan yerüstü keçidin altından yolu keçən piyadaları vurub. Nəticədə 1964-cü il təvəllüdlü Səkinə Baloğlan qızı Rəsulova, onun 1984-cü il təvəllüdlü gəlini Samirə Xudayar qızı Cavadova və sonuncunun 2020-ci il təvəllüdlü qızı Məryəm Nadir qızı Hüseynova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Suraxanı RPİ-nin İŞ-də CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS
VİDEO