SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhərində futbol stadionu yaxınlığındakı ərazinin yanması görüntüləri yayılıb.

Məsələ ilə bağlı Oxu.Az Fövqəladə Hallar Nazirliyindən (FHN) münasibət öyrənib.

Nazirlik faktı təsdiqləyib.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məişət tullantılarının toplandığı ağaclıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 200 kvadratmetr sahədə məişət tullantıları və bir ağac yanıb.

Yanğın baş vermiş ərazidə digər ağaclar yanğından mühafizə olunub.

BAKU.WS
VİDEO