SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Həsənovun hər iki ayağı amputasiya edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 6-da piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib.

BAKU.WS