SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 40 saylı sərnişin avtobusu hərəkətdə olarkən “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS