SİZİN REKLAM BURADA!
055 213 76 73


20.01.2022-ci il tarixində Binəqədi rayonu DSK yolu adlanan ərazidə “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Daşıyıcının BAKU.WS-ə verdiyi məlumata görə yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da qəza dayanma işıqlarını qoşmayıb. Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb.

***08:59

Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı avtobusda olan sərnişin, 1968-ci il təvəllüdlü Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS