SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən qəzada ölənlərin adı bəlli olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.

Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Rza Firdovsi oğlu Rzayevin idarə etdiyi KIA markalı minik avtomobili yol kənarında dayanan “Mercedes-Benz” markalı yük maşını (TIR) ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişin Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Amir Arif oğlu Məmmədov hadisə yerində ölüblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul YMX-nin xilasediciləri cəlb olunub. Xüsusi avadanlığın köməyi ilə avtomobildə sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

***10:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz” və “Kia” markalı iki avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***09:25

Hacıqabulda ağır yol nəqliyyat hadisəsi olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.

KIA markalı avtomobilinin yük maşını (TIR) ilə toqquşması nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA