SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə “Koroğlu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

“Opel” markalı minik avtomobili hərəkətdə olarkən orta yaşlı kişi qəfil yola çıxıb. Bu zaman sürücü idarəetməni tənzimləyə bilməyərək piyadanı vurub.

Hələ ki, şəxsiyyəti müəyyən edilməyən piyada hadisə yerində ölüb.Əraziyə polis əməkdaşları cəlb ediliblər.

BAKU.WS
QALEREYA