SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yaşayan 16 yaşlı N. Z (ad şərtidir) 4 gündür itkin düşüb. Bu haqda polis idarəsinə qızın anası məlumat verib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, yeyniyetmə qız artıq ailəsi ilə əlaqə saxlayıb. Sağ və salamat olduğunu bildirib. O, eyni zamanda qeyd edib ki, sevdiyi adamla birlikdədir. Qaçan qız ailəsinə söyləyib ki, geri qayıtmaq istəmir.

Lakin söhbət azyaşlıdan getdiyi üçün polis axtarışları davam etdirir. Qaçan qız tapılaraq ailəsinə təhvil veriləcək.

BAKU.WS