SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda həbsxanada məhkum ölüb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, paytaxtdakı cəzaçəkmə müəssisələrindən birində cəza çəkən 41 yaşlı E. Mamedov dünyasını dəyişib.

Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Qeyd edək ki, E. Mamedov 2020-ci il iyulun 22-də Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən İmişli rayonu Bəhramtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının yaxınlığında saxlanılıb. Onun əlindəki bağlamadan 5 kiloqram 10 qram narkotik vasitə “tiryək”ə bənzər maddə aşkar olunaraq götürülüb.

BAKU.WS