SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Mətbuat prospektində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yoldan keçən iki qadını vurub. Hadisə nəticəsində hər iki piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS