SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qəza olub, yolda sıxlıq yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsində qeydə alınıb.

"Hazırda Zığ şosesi istiqamətində sıxlıq var. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları hadisə yerindədirlər", - məlumatda qeyd olunub.

BAKU.WS