SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacıqabulda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bakı sakini, 1996-cı il təvəllüdlü Xələfov İlkin Vəfadar oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə sərnişin ölüb, sürücü isə ağır vəziyyətdə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS