SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda hipermarketə edilmiş silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Bundan başqa, cinayət işi üzrə əvvəlcədən elan olunmuş təqsirləndirilən şəxslər - Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovdan əlavə, istintaq dövründə daha bir neçə nəfər həbs edilib.

Qeyd edək ki, silahlı insident bu ilin mart ayında qeydə alınıb. Hadisədə bir nəfər öldürülüb, iki nəfər xəsarət alıb.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adamöldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ruhlan İsmayılov avtomat silahla polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlərlə o, polis tərəfindən məhv edilib.

BAKU.WS
VİDEO