SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımındakı hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşının sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Qəzada ölən şəxslərin meyiti FHN-in əməkdaşları tərəfində dərədən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Ölən şəxslər Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelikdir.

Xəsarət alan isə 1993-cü il təvəllüdlü M.Okumuşdur.

Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS