SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin işdən çıxarılan rəis müavini Əkbər Novruzov yeni vəzifəyə təyin edilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Ə.Novruzov Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə rəis təyin olunub.

***11:04

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov vəzifəsindən azad edilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə polkovnik-leytenant Mircavad Seyidov təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da vəzifəsindən azad edilib.

BAKU.WS