SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabadda avtomobillər 13 yaşlı oğlanı və 28 yaşlı qadını vurub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisələr rayonun ayrı-ayrı ünvanlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobillərdən biri piyada, 2010-cu il təvəllüdlü Səyyad İbrahimovu, digəri isə 1995-ci il təvəllüdlü Leyla Kazımovanı vurub.

Hər iki yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktlarla bağlı araşdırma aparılır.

BAKU.WS