SİZİN REKLAM BURADA!
055 213 76 73


TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən 9 nəfəri abulator müalicə üçün evə buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 3 nəfərin isə terapiya şöbəsində müalicəsi davam etdirilir: "Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur".

***12:59

Sumqayıtda kütləvi zəhərlənmə baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qafqazinfo-ya verilən məlumata görə, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.

“Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur”, - TƏBİB-in məlumatında bildirilib.

BAKU.WS