SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan narkotik vasitəni qeyri-qanuni yolla, onlayn qaydada əldə edərək rayon ərazisinə gətirib satan şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis şöbəsinə gətirilən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyevin üzərinə baxış keçirilən zaman qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı heroin aşkar edilərək götürülüb.

R.Əliyevin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində ona məxsus avtomobilə də baxış keçirilib və oradan 3 kiloqram 190 qram çəkidə heroin və 1 kiloqram 80 qram çəkidə tiryək aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədi ilə İran vətəndaşından aldığını etiraf edib.Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS