SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində "Baku Bus" MMC-yə məxsus 99-JU-536 dövlət nömrə nişanlı avtobus ilə 99-TZ-823 dövlət nömrə nişanlı "Ford Fusion" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Qəza səbəbindən prospektdə uzun tıxac yaranıb.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Yolda hərəkət təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA