SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bölgədə yağan güclü yağış bir sıra fəsadlar törədib.

Şəmkir rayon Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bəzi küçələrdə insanların və avtomobillərin hərəkətində çətinlik yaradıb.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə olunur.

BAKU.WS