SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən bakının məşhur univermaqlarından birində oğurluq hadisəsi baş verib.

Saat 15:00 radələrində piştaxtaya yaxınlaşan orta yaşlı xanım qızıl boyunbağını götürərək aradan çıxıb.

Bu barədə "a24.az”ın müxbirinə həmin univermağın qızıl bölməsinin satıcısı xəbər verib:

"Xanım müştəri qismində vitrinə yaxınlaşdı, bir neçə ziynət əşyasına baxıb bəyənmədiyini dedi. Mən digər müştəri ilə maraqlanan zaman o, 70-80 azn dəyərində olan boyunbağını oğurlayıb”.

Ticarət mərkəzində olan kameralardan oğurluq hadisəsi öz təsdiqini tapıb.
 
BAKU.WS