SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gəncədə qadını şantaj edən şəxs saxlanılıb.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, sosial şəbəkədən götürdüyü şəkillərlə qadına hədə-qorxu gələn Gəncə sakinini polis saxlayıb. Şəhərin Gülüstan qəsəbəsində qeydiyyatda olan 34 yaşlı Məhərrəm Qurbanov daxil olan şikayət ərizəsi əsasında tutulub. Aparılan istintaq hərəkətləri ilə onun digər bu kimi əməllərinin də olduğu istina edilmir.  

Saxlanılan şəxs bildirib ki, qadınla 10 gün əvvəl tanış olub: 

"Birinci dəfə idi görüşürdüm. O, mənə dedi ki, ərim alkaşdır, məni döyür. Özü mənə birinci yazdı”.

BAKU.WS