SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Respublika Perinatal Mərkəzdə beşəm dünyaya gəlib. Onların hamısı tələf olub.

"Report"un xəbərinə görə, bu barədə respublikanın baş mama-ginekoloqu və mərkəzin direktoru Sevinc Məmmədova məlumat verib.

Direktor bildirib ki, bu, 1991-ci il təvəllüdlü Aysel Əzimzadənin ikinci hamiləliyi olub. "O, noyabrın 11-də kəskin qanaxma ilə mərkəzə gətirilib. Müayinə zamanı qadının qaraciyər və böyrəyində problem aşkar edilib. Qadın hazırda mərkəzdə müalicə olunur", - deyə S.Məmmədova əlavə edib.
 
BAKU.WS