SİZİN REKLAM BURADA!
055 213 76 73


Oğuz rayonunda "TIR"ın qəza törətdiyi ərazidə magistral bağlandığına görə yolun yardımçı hissəsindən istifadə olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un Şimal-qərb bürosuna bildirib ki, bu gün saat 11 radələrində Qazaxıstan vətəndaşının idarə etdiyi yük avtomobili idarəetmədən çıxıb və nəqliyyat vasitəsinin qoşqusu yolun müəyyən hissəsini bağlayıb.

Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub və avtomobillərin hərəkətində ləngimə olsa da, lakin yol polisi tərəfindən yolun yardımçı hissəsindən də istifadə edilməklə nəqliyyatın axını təmin edilir.

Hazırda yük avtomobilinin həmin ərazidən götürülməsi və avtonəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması istiqamətində tədbirlər görülür.

***11:38

Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi "TIR" qəzaya düşüb, magistral yol bağlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, xarici vətəndaşın idarə etdiyi 254-AFM-05 Qazaxıstan dövlət qeydiyyat nişanlı "TIR" markalı yük avtomobili idarəetmədən çıxıb.

Nəticədə "TIR"ın bir neçə metrlik uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.

Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.

BAKU.WS