SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinun Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında 5 m² sahədə məişət tullantıları və taxta qırıntıları yanıb.

Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.

BAKU.WS
VİDEO