SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov oxu.az-a bildirib ki, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması iki və daha çox şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə cinayət işi başlanılıb.

***09:22

Qəbələ rayonunun Nohurqışlaq kəndində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, "VAZ-2106" və "VAZ-2101" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri - 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA