SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 14-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Kürkənd kənd sakini, Salyan rayonu Elektrik Şəbəkəsində fəhlə işləyən Elnur Kazımovun rayonun Şorsulu kəndi ərazisində işləyən zaman cərəyan vurması nəticəsində vəfat etməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.

Faktla bağlı araşdırmalar aparılır.

BAKU.WS