SİZİN REKLAM BURADA!
055 213 76 73


Araz çayında batan iki nəfərdən birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, iyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan iki nəfərdən birinin meyiti FHN dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

***16:38

Araz çayında biri uşaq olmaqla 2 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

"Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub", - məlumatda qeyd edilib.

BAKU.WS