SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

BAKU.WS xəbər verir ki, həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatlarında FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri iştirak edib.

***08:56

Samur-Abşeron kanalında batan uşağın meyiti tapılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, su kanalının Xaçmaz rayonu, Armudpadar kəndindən keçən hissəsində, nəzarətsiz ərazidə batdığı ehtimal olunan 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun axtarışları başa çatıb.

Onun meyiti batdığı ərazinin yaxınlığında, FHN-in Xaçmaz Regional Mərkəzinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS
VİDEO

QALEREYA