SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.

Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.

*** 18:19

26.06.2023-cü il tarixində saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib. 

Nəticədə 5 nəfər yanıq xəsarəti alıb.

Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***17:45

Bakıda, Zabrat dairəsi yaxınlığındakı çörəkbişirmə sexində partlayış zamanı üç nəfər yaralanıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sexin işçiləri olan Gülsənəm Quliyeva və Gülü Allahverdiyeva ağır xəsarət alıblar. Yaralananlardan biri Mərdan adlı müştəri olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, partlayışla bağlı heç bir müraciət daxil olmayıb.

Daxili İşlər Nazirliyindən isə partlayışda ölüm halının qeydə alınmadığı bildirilib. 

*** 17:05

Bakıda, Zabrat dairəsi yaxınlığındakı çörəkbişirmə sexində partlayış olub.

BAKU.WS Haqqin.az-a istinadən bildirir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Partlayış nəticəsində dörd nəfərin yaralandığı bildirilir. Müxtəlif dərəcəli xəsarətlər alan üç qadın və bir kişi Yanıq Mərkəzinə aparılıb.

BAKU.WS
QALEREYA