SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Z.Xəlilov küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib. 

Dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “VAZ-2121” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

BAKU.WS
VİDEO

QALEREYA