SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bir nəfər vətəndaşın Lənkəran rayonun Xanbulan kəndi istiqamətində meşəlik ərazidə azması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Nazirlikdən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1982-ci il təvəllüdlü Hüseynov Vüsal Akif oğlu bələd olmadığı meşəlik ərazidə yolunu azaraq itib.

FHN-in xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində vətəndaş V.Hüseynov qısa müddətdə tapılaraq xilas edilib.

BAKU.WS
VİDEO