SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Moskva polisi kikboks üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayılovun qətlinin üstünü isti izlərlə açıb.

"Report" xəbər verir ki, onlara bu işdə müşahidə kamerasından əldə olunan videoyazı kömək olub.

Kadrlarda xarici markalı maşının ticarət mərkəzinə tərəf gəldiyi müşahidə olunur. Avtomobili 33 yaşlı dağıstanlı idmançı özü idarə edib. Bir neçə dəqiqədən sonra avtomobilin salonunda olan digər kişi onu güllələyir. Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçır. O, Azərbaycana uçmağa hazırlaşarkən Şeremetyevo hava limanında saxlanılaraq təyyarədən endirilib.

İlkin araşdırmalara görə, hadisəni törədən şəxs də idmançı olub. Bu, onun 32 yaşlı dağıstanlı tanışı Marat Kuramaqomedovdur. Müəyyən edilib ki, Marat bir müddət əvvəl Cəbrayıla borc verib, lakin geri ala bilmədiyindən onu qətlə yetirmək qərarına gəlib.
 
BAKU.WS