SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda hərbi qulluqçu vəfat edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu (MAXE), 2000-ci il təvəllüdlü Rahil Rahib oğlu Əhmədov Qubadlı rayonunun Muradxanlı kəndi ərazisində dünyasını dəyişib.

Onun silahla ehtiyyatsız davranış nəticəsində həlak olduğu bildirilir.

Rahil Əhmədovun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilərək dəfn ediləcək.

BAKU.WS