SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə canavar kəndə hücum edib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çələbilər kəndində qeydə alınıb.

Kənd ərazisində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədova məxsus təsərrüfata hücum çəkən canavarlar ciddi ziyan vurub.

V.Əhmədov bildirib ki, canavarların hücumu nəticəsində 15 qoyun yoxa çıxıb, 24 qoyun tələf olub, 20 qoyun isə yaralanıb.

BAKU.WS
QALEREYA